...

Ermənistan ordusu dörd ay ərzində atəşkəsi 236 dəfə pozub

Siyasət Materials 1 May 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bаkı, 01 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Müdafiə Nazirliyi 2009-cu ilin ilk dörd ayı ərzində Ermənistan ordusunun 236 dəfə atəşkəs rejimini pozduğunu qeydə alıb.

"Bu ilin dörd ayı ərzində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələri bir sıra itkilər verib, amma qarşı tərəfin itkiləri bizimkindən qat-qat çox olub", - cümə günü Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Sabiroğlunun sözlərinə görə, atəşkəs daha çox cəbhənin Ağdam, Xocavənd, Tərtər və Goranboy rayonu istiqamətlərində pozulub. "Bu ilin əvvəlindən cəbhənin təmas xəttində 9 dəfə monitorinq keçirilib. Bunun biri Ermənistan tərəfin atəşkəsi pozması nəticəsində baş tutmayıb", - mətbuat xidmətini rəhbəri əlavə edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti