...

Azərbaycan Prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam verib

Siyasət Materials 5 May 2009 20:13 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adlarının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi bildirilib:
 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri - IX sinif şagirdi Bayramov Yusif Nəriman oğlu, X sinif şagirdi Hüseynli Toğrul Qabil oğlu, V sinif şagirdi Vəkilov Vurğun Mehman oğlu, Azərbaycan Milli Konservatoriyasının tələbələri - I kurs tələbəsi Əsədullayev Mirhüseyn Murtuza oğlu və II kurs tələbəsi Məmmədov Tofiq Asif oğlu.

Xəbər lenti

Xəbər lenti