Çexiyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Praqada İsrailin baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Liberman ilə görüşüb. Bu haqda xəbəri AzərTAc dövlət agentliyi yayıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələri müzakirə edilib, habelə beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyevin Çexiyaya işgüzar səfəri davam edir.