...

"Şərqi tərəfdaşlığ"a qoşulmaqla Gürcüstan Avropa ilə əlaqələrin yeni mərhələsinə qədəm qoyur – Baş nazirin müavini

Siyasət Materials 7 May 2009 19:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07  may / Trend , müxbir N.Kirtsxaliya /

"Şərqi tərəfdaşlıq" proqramına qoşulmaqla Gürcüstan Avropa ilə əlaqələrin yeni mərhələsinə qədəm qoyur", - hazırda Praqada olan Gürcüstanın Baş nazirinin müavini Georgi Baramidze jurnalistlərə deyib. Onun sözlərinə əsasən, bu Gürcüstana Aİ ilə müxtəlif sferalarda əlaqə qurmaqda yol açacaq. Baramidze bildirib ki, ən əsası azad ticarət haqqında sənədin rəsmiləşməsidir.

"Ümid edirəm ki, proqrama qoşulmağımız böyük investisiyalar cəlb edəcək. Bundan əlavə viza rejimi sadələşdiriləcək, gələcəkdə isə tam olaraq aradan qaldırılacaq", - Baramidze qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti