...

Azərbaycanın Gürcüstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin ad gününə həsr edilmiş bir sıra tədbirlər həyata keçirəcək

Siyasət Materials 8 May 2009 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir E.Tariverdiyeva / 

Azərbaycanın Gürcüstandakı səfirliyi mayın 8-9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr edilmiş bir sıra tədbirlər həyata keçirəcək.

Rustavinin Heydər Əliyev adına şəhər parkında mayın 9-da ümummilli liderin gələcək büstünün təməl daşının qoyulması mərasimi keçiriləcək. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev və Kvemo-Kartlinin qubernatoru David Kirkitadze, eləcə də Azərbaycan və Gürcüstan ziyalıları iştirak edəcəklər.

Mayın 9-da səhər Tbilisidə Heydər Əliyev parkında Ulu Öndərin büstünə gül qoyuluşu mərasimi baş tutacaq. Mərasimdə Tbilisinin meri və digər ziyalıları, Gürcüstan hökumətinin nümayəndələri və bu ölkədəki azərbaycanlı iş adamları iştirak edəcəklər.

Marneuli şəhərində mayın 8-də Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetində ümummilli liderin xatirəsinə həsr edilmiş konfrans keçiriləcək. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan EA-nın müxbir üzvü, Tbilisi Dövlət Universitetinin professoru Quram Lordkipanidze, siyasət elmləri doktoru, professor Tamara Kiknadze və Gürcüstanın digər elm adamları iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti