...

Azərbaycanda bütün sahələrdə, xüsusilə də məhkəmə sistemində ədalət olmalıdır – Prezident İlham Əliyev

Siyasət Materials 12 May 2009 17:47 (UTC +04:00)
Azərbaycanda bütün sahələrdə, xüsusilə də məhkəmə sistemində ədalət olmalıdır – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 12 may / Trend /

Azərbaycanda bütün sahələrində, xüsusilə də məhkəmə sistemində ədalət olmalıdır. Bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Ali Məhkəmənin yeni inzibati binasının açılış mərasimində bildirib. Xəbəri AzTV telekanalı yayıb.

"Azərbaycan Ali Məhkəməsinin yeni binasında qəbul olunacaq qərarlar ədalətli olmalıdır. Ədalət cəmiyyətin mühüm inkişaf amillərindən biridir", - deyə Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, ədalət məhkəmə sistemində xüsusilə mühüm amildir. "Məhkəmələrdə qəbul olunan qərarlar insanların həyatına təsir göstərir. Heç bir cinayət cəzasız qala bilməz, eləcə də günahsız insanlar cəzalandırılmamalıdır", - deyə Prezident qeyd edib. .

Azərbaycan Ali Məhkəməsinin yeni inzibati binası müasir standartlara cavab verir. Ali Məhkəmənin yeni binasının təməli 2006-cı ildə qoyulub.

Xəbər lenti

Xəbər lenti