...

Naməlum şəxslər İstanbulda beş məscid yandırıb, zərər çəkən yoxdur

Siyasət Materials 19 May 2009 17:54 (UTC +04:00)
Naməlum şəxslər İstanbulda beş məscid yandırıb, zərər çəkən yoxdur

Bu gün İstanbulun Asiya hissəsində naməlum şəxslər tərəfindən beş məscid yandırılıb. Yerli müftinin verdiyi məlumata əsasən, zərər çəkən yoxdur.

CNN Turk telekanalının verdiyi məlumata əsasən, yanğınlar praktiki olaraq eyni vaxtda törədilib. Yanğının səbəbləri və cinayətkarlar barədə polisdə hələ məlumat yoxdur. Telekanalın məlumatına görə, yanğın tez bir zamanda söndürülüb.

RİA Novosti-nin verdiyi məlumata əsasən, yanğın nəticəsində məscidlərə dəyən ziyan çox cüzidir.

Ötən ilin dekabrında İstanbul polisi psixi cəhətdən sağlam olmayan və həmin ayda 13 məscid yandıran şəxsi saxlayıb, Türk KİV-ləri yazır.

Xəbər lenti

Xəbər lenti