...

İtaliyanın xarici işlər naziri yaxın günlərdə İrana səfər edəcək - İranın XİN sözçüsü

Siyasət Materials 25 May 2009 12:50 (UTC +04:00)

"İtalya xarici işlər naziri Franko Frattininin İrana səfərinin vaxtını dəqiqləşdirmək məqsədi ilə İrana nümayəndə göndərib", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bazar ertəsi bildirib. Bu barədə İSNA agentliyi mayın 25-də məlumat yayıb.

Qəşqavi İtalyanın xarici işlər naziri Frattininin İrana səfərinin təxirə salınması haqda bildirib ki, həmin tarixdə İran Prezidenti və Nazirlər Kabineti Semnan şəhərində səfər olub.

İtaliyanın xarici işlər naziri Frattini mayın 20-də İranın rəsmi şəxslərini "böyük səkkizliy"in xarici işlər nazirlərinin Əfqanıstan üzrə geniş tərkibli görüşündə iştirak etməyə dəvət etmək üçün Tehrana səfər edəcəkdi. Frattini iki günlük səfər çərçivəsində İranın nüvə məsələsi və regional problemlər üzrə müzakirələr aparacaqdı, lakin onun səfəri elə həmin gün təxirə salındı.

"Böyük səkkizliy"in xarici işlər nazirlərinin görüşü iyunun 25-27-də İtaliyanın Triest şəhərində keçiriləcək. Bu barədə Taormində G8-in siyasi direktorlarının görüşünün yekunu üzrə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən "Vzqlyad" qəzeti xəbər verib. Triest İtaliyanın Adriatik sahilində yerləşən əsas limanlarından biridir. Bu şəhərdə tez-tez mühüm beynəlxalq görüşlər keçirilir.

Xəbər lenti

Xəbər lenti