Gürcüstan, Tbilisi, 25 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın Daxili İşlər Nazirliyi bu gün səhər saat 3-də "Maestro" teleşirkətinin ofisində baş vermiş partlayışla əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, Poti küç. 15/6 ünvanında yerləşən "Maestro" teleşirkətinin ofisində partlayış baş verib və nəticədə şüşələr sınıb, giriş qapısı zədələnib.
Partlayış zamanı xəsarət alan olmayıb. İnsidentdən sonra polisə telefon zəngi daxil olub və Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinə uyğun olaraq araşdırma başlanılıb.
Gürcüstan DİN teleşirkətin rəhbərliyinə müraciət edərək müşahidə kameralarının qeydlərini istəsə də, teleşirkət rəsmiləri belə yazıların olmadığını bildirib.
Faktla bağlı istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]