...

Aİ-nin xüsusi nümayəndəsi yenidən Tbilisiyə gəlir

Siyasət Materials 4 İyun 2009 12:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi növbəti işgüzar səfərlə Tbilisiyə gəlir. Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumata görə, o, müxalifət və iqtidar nümayəndələri ilə görüşlər keçirəcək.

Semnebi parlament müxalifəti və hökumət nümayəndələri ilə görüşəcək, Tbilisinin "Tbilisi Merriott" mehmanxanasında radikal müxalifət nümayəndələri ilə görüşəcəyi də nəzərdə tutulub.

Semnebi Tbilisini sabah axşam tərk edəcək. Bu, onun son zaman kəsiyində Tbilisiyə beşinci səfəridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti