...

Azərbaycanda ali məktəbin rəsmisi saxta diplom satarkən tutulub

Siyasət Materials 5 İyun 2009 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ali məktəbin mətbuat xidmətinin rəhbəri saxta diplom satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Təfəkkür Universitetinin mətbuat xidmətinin rəhbəri Şirməmməd Xanməmmədov Bakı şəhər sakini Günel Məmmədovaya Rusiya Federasiyası Tümen İndustriya Universitetini bitirməsi barədə saxta diplomu 7.500 dollara satarkən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti