...

Türk-erməni münasibətlərinin normallaşdırılma prosesi şüurlu zaman çərçivəsində və heç bir ilkin şərtlər olmadan həyata keçirilməlidir - ABŞ dövlət katibinin köməkçisi

Siyasət Materials 9 İyun 2009 19:15 (UTC +04:00)
Türk-erməni münasibətlərinin normallaşdırılma prosesi şüurlu zaman çərçivəsində və heç bir ilkin şərtlər olmadan həyata keçirilməlidir - ABŞ dövlət katibinin köməkçisi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon bu gün Yerevandakı brifinqdə Mediamaks-ın sualını cavablandırarkən  bildirib ki, erməni-türk münasibətlərinin normallaşdırılma prosesi şüurlu şəkildə müəyyən edilmiş zaman çərçivəsində və heç bir ilkin şərtlər olmadan həyata keçirilməlidir.

Qordon qeyd edib ki, "erməni-türk dialoqu başqa suallarla əlaqələndirilməməlidir". Mediamaks-ın xahişinə əsasən "şüurlu şəkildə müəyyən edilmiş zaman" söz birləşməsini izah edən Qordon bildirib ki, konkret müddəti Ermənistan və Türkiyə özləri müəyyən etməlidirlər.

"Tərəflər başa düşür ki, proses daim davam edə bilməz. Onlar irəliləməyin vacibliyini anlayırlar", - Qordon deyib.

Amerikalı diplomat bildirib ki, hazırkı vəzifəsinə cəmi iki həftə əvvəl təyin olunub və onun Ermənistan, Gürcüstan və Azərbaycana səfər etmək qərarı regionda mövcud "tarixi inkişaf"la əlaqəlidir.

Qordon deyib ki, ABŞ Dağlıq Qarabağ və erməni-türk münasibətləri məsələlərini "gündəlik əsasda" nəzərdən keçirir.

"Mənim səlahiyyətlərim 50 ölkə və 3 beynəlxalq təşkilata şamil olunur, ancaq onu da deməliyəm ki, bu postda olduğum müddət ərzində mən Dağlıq Qarabağ və erməni-türk münasibətləri məsələlərinə daha çox vaxt ayırmışam", - o deyib.  

Xəbər lenti

Xəbər lenti