...

Gürcüstan leyboristləri BMT-yə müraciət hazırlayır

Siyasət Materials 10 İyun 2009 17:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Leyborist partiyası BMT-yə müraciət hazırlayır. Hər kəs bilməlidir ki, Gürcüstan ərazisinin itirilməsi ilə heç bir zaman barışmayacaq, bu barədə mətbuat konfransında partiyanın beynəlxalq katibi Nestan Kirtadze bildirib.

"Biz Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün üsullardan istifadə edəcəyik", - deyə o bəyan edib.

Onun sözlərinə əsasən, Kosova tanındığı zaman Gürcüstanın Leyborist partiyası bunun əleyhinə açıq şəkildə çıxış edən yeganə partiya idi. "Təəssüf ki, bizi dəstəkləyən heç bir partiya tapılmadı", - deyə Kirtadze bildirib. O qeyd edib ki, leyboristlər bilirdilər ki, Kosova presedenti Gürcüstanda təkrarlanır.

"Partiyamızın lideri Şalva Nateleşvili BMT-yə müraciət hazırlayır. Həmin müraciət təşkilata iyunun 15-də göndəriləcək", - deyə Kirtadze bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti