...

ABŞ Konqresi "Gürcüstanda demokratiya" qətnaməsini qəbul edib

Siyasət Materials 12 İyun 2009 20:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 iyun / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ Konqresi "Gürcüstanda demokratiya" qətnaməsini qəbul edib, belə ki, qətnamədə Rusiyadan öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmaq tələb olunur.

Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Batu Kuteliya sənədi şərh edərkən bildirib ki, Konqres Rusiyanın öz qoşunlarını Gürcüstan ərazisindən çıxarması üçün ona təzyiq göstərməyi zəruri hesab edir.

Onun sözlərinə görə, qətnamədə ABŞ Gürcüstanı tamamilə dəstəkləyir, işğalın bitməsini və demokratik islahatların inkişafının zəruriliyini ifadə edir.

Səfir deyib ki, sənəddə əsas məqamlardan biri Gürcüstanda demokratik proseslərin inkişafına yardımın zəruriliyinin qeyd olunmasıdır.

Məqalə müəllifi il əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti