...

Azərbaycanın NATO-dakı nümayəndəsi Astanaya səfər edəcək

Siyasət Materials 18 İyun 2009 19:01 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 iyun / Trend , müxbir K.Arınova /

Fövqəladə və səlahiyyətli səfir, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev iyunun 24-25-də Avropa Atlantik Tərəfdaşlığı Şurasının (AATŞ)üçüncü forumunda iştirak etmək məqsədi ilə Astanaya səfər edəcək", - Trend -a Azərbaycanın Qazaxıstandakı səfriliyindən bildirilib.

Səfirilikdən verilən məlumatlara əsasən, Astanaya Xasıyevlə birlikdə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin deputatı Siyavuş Novruzov da səfər edəcək.   

Forumun işində AATŞ və NATO-nun 50 üzv dövlətlərinin, həmçinin bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Forumun tematik iclaslarında və plenar sessiyasında Mərkəzi Asiya və Qafqaz regionlarındakı təhlükəsizlik məsələləri, Əfqanistandakı vəziyyət, həmçinin enerji təhlükəsizliyi problemlərinin müzakirəsi planlaşdırılır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti