...

"Qeyri-hökumət təşkilatları haqqında" qanuna etiraz edənlər şəffaflıqdan qorxanlardır - azərbaycanlı deputat

Siyasət Materials 19 İyun 2009 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasından olan deputat hesab edir ki, şəffaflığın təmini üçün "Qeyri-hökumət təşkilatları haqqında" qanun layihəsinə əlavə və dəyişikliklər vacibdir.

"Qanuna dəyişikliklərə etiraz edənlər şəffaflıqdan qorxandılar və onların əksəriyyəti qeydiyyatı olmayan QHT-lərdir", - Trend -un məlumatına görə, bunu Milli Məclisin (Parlament) cümə günü keçirilən iclasında çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının parlament qarşısında bu gün nəzərdə tutulan icazəsiz piketi baş tutmayıb.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, polislər aksiya iştirakçılarının parlamentə tərəf yaxınlaşmasına imkan verməyiblər. Aksiya iştirakçıları "Qeyri-hökumət təşkilatları haqqında" qanun layihəsinə edilən dəyişiklik və əlavələrə etiraz edirlər.

Aksiya baş tutmasa da, onların nümayəndəsi İqtisadi Araşdırmaları Mərkəzinin sədri Qubad İbadoğlunun etiraz bəyanatını parlamentə təqdim edilməsinə şərait yaradılıb.

Azərbaycan parlamentinin bu gün keçirilən iclasının gündəliyinə "Qeyri-hökumət təşkilatları haqqında" qanun layihəsinə edilən dəyişiklik və əlavələrə dair qanun layihəsi salınıb.

Əlavə və dəyişikliklərdə yerli QHT-lərin xarici QHT-lərlə əməkdaşlığın məhdudlaşdırılması nəzərdə tutulur.

Novruzov deyib ki, QHT yaradanların bəziləri siyasi partiyalarda rəhbər vəzifələrdə çalışırlar.

"Bu bir daha göstərir ki, həmin QHT-lər xarici təşkilatların qrantları hesabına siyasi partiyalarını maliyyələşdirirlər. Ona görə də qanuna edilən dəyişikliklərdən qorxurlar", - YAP-çı deputat əlavə edib.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti