Azərbaycanda insanların dözümsüzlük sindromu və ya intihara marağın artmasının səbəbi – ARAŞDIRMA

Azərbaycanda insanların dözümsüzlük sindromu və ya intihara marağın artmasının səbəbi – ARAŞDIRMA

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda 2009-cu ilin yarım ili ərzində 152 nəfər intihar edib.

Qədim zamanlarda cəmiyyətdə özünəqəsd bəzən "insanın şəxsi işi", bəzən isə dini inanclar baxımından haram kimi qəbul olunurdu. Bütün dövrlərdə intiharlar olub və bu gün də bu hal davam etməkdədir. Zaman olub ki, bəzən insanlar öz istəkləri ilə ölümə gediblər. Məsələn, qocalar şaxtalı günlərdə sadəcə meşələrə gedib orada donublar. Bəzi cəmiyyətlərdə hətta qocalar seçdikləri xüsusi qayaların başından özlərini atıblar. Qədim Yunanıstanda isə qocalar dünyadan gedişləri ilə bağlı möhtəşəm bayram təşkil edir, sonra bir fincan çox güclü zəhər içərək həyata vida edərdilər.

Yaponiyada isə belə bir ənənə daha çox dəbdə olub: ucqar kəndlərdə aclıq illərində qoca valideynlər öz uşaqlarından onları dağ başına çıxarmağı xahiş ediblər.

İntiharlara ilk ciddi qadağa hələ sinifli cəmiyyət yaranana qədər qoyulub. Nigeriya, Uqanda və Keniyada özünəqəsdə görə insanlara ən ağır cəzalar tətbiq edilib. İntihar edənin evinə od vurular və onun qohum-əqrabalarına meyitə yaxınlaşmaq qadağan edilərdi.

Cəmiyyətlər inkişaf etdikcə, intiharlara yanaşma da dəyişib. Belə ki, zaman-zaman qanunlarda özünəqəsdə görə cinayət məsuliyyəti nəzərdə tutan maddələr də ləğv olunub. İlk dəfə bunu Fransada Birinci Fransa İnqilabı zamanı həyata keçiriblər.

Amerikanın Nyu-York ştatında isə hələ 1881-ci ildə daha sərt qanunlar tətbiq olunurdu. Məsələn, əgər özünəqəsd edən adam sağ qalırdısa, onu uğursuz intihara cəhdə görə 20 illik həbs gözləyirdi.

Əvvəllər İngiltərədə də baş tutmayan intihara görə şəxsə qarşı başlanılan cinayət işlərinin istintaqı axıra qədər aparılardı. Böyük Britaniyada isə özünəqəsdin cinayət əməli kimi qiymətləndirilməsinə o qədər də uzaq olmayan tarixdə - 1961-ci ildə başlanılıb. 1941-ci ildən 1955-ci ilə qədər isə bu ölkədə intihara görə 44956 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların 346 nəfəri bəraət alıb, 308 nəfəri dəmir barmaqlıqlar arasına düşüb, qalanlarına şərti cəzalar verilib...

Mütəxəssislər özünəqəsd hallarını insanda dözümsüzlük sindromunun yaranması, son həddə çatması faktoru ilə əlaqələndirir, mahiyyət və səbəb etibarilə müxtəlif olduğunu qeyd edirlər.

Azərbaycanda 2008-ci ildə qeydə alınmış bəzi intihar faktlarına nəzər salaq:

- Dövlət Sərhəd Xidmətinin Neftçala rayonundakı hərbi hissəsində xidmət edən kapitan Anar Nəriman oğlu Cabbarovun cibindən intihardan əvvəl yazdığı məktub tapılıb. Həmin məktubda kapitan Cabbarov ölümünə səbəb kimi hərbi hissə rəhbərliyinin onu bezdirməsini göstərib...

- Şirvan şəhər sakini, 28 yaşlı Rasim Məmmədağa oğlu Məmmədov xeyli borcu olduğu üçün həyatına qəsd edib...

- Lökbatan qəsəbə sakini, 43 yaşlı Ələsgər Sultan oğlu Sultanovun cibindən tapılan məktubda intiharında heç kimi təqsirkar bilməmək xahiş olunub: "Mən ailəmi dolandırmaq üçün çörəkpulu qazana bilmirəm. Buna görə də həyatımdan bezmişəm. İntiharı özüm edirəm. Heç kimi günahkar bilməyin!"...

Bir müddət əvvəl millət vəkili Məlahət Həsənova Milli Məclisdəki çıxışında Azərbaycanda baş verən intihar hadisələrinə telekanallarda nümayiş etdirilən serialların ciddi təsir göstərdiyini iddia etmişdi. İl ərzində baş verən intiharlardan hansınınsa həqiqətən serialların təsirindən törədildiyi istisna olunmur. Amma 2008-ci ildə rəsmi qeydə alınan intihar faktlarının araşdırılması zamanı məlum olur ki, Azərbaycan vətəndaşları ən müxtəlif səbəblərdən həyatlarına qəsd edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikaya istinadən verdiyi məlumata görə, hər il dünyada 1 milyon 100 min nəfər öz həyatına qəsd edir. İntihar edənlər arasında Çin vətəndaşları çoxluq ( ildə 350 min nəfər) təşkil edir. Hindistanda ildə 110 min, Rusiyada 55 min intihar baş verir. Amerikalıların 31 mini, yaponların 30 mini, ukraynalıların 12, fransızların 10 mini intihar edir. Digər bir məlumata görə, rəsmi statistika dünyada baş verən intihar faktları ilə bağlı reallığı əks etdirmir. Bu səbəbdən dünyada 4 milyondan çox insanın özünə qəsd etdiyi iddia olunur. Məhkəmə ekspertləri isə hesab edirlər ki, dərman preparatlarının müəyyən olunmuş normadan çox qəbul olunması, bəzi yol-nəqliyyat hadisələri, yüksəklikdən yerə düşmək və digər hallarda qeydə alınan ölüm faktları da sözün həqiqi mənasında özünəqəsddir. ÜST-ün məlumatında qeyd edilir ki, hər il dünyada 19 milyon insanın intihara cəhdi uğursuz nəticələnir. Ekspertlərin fikrincə, həyatına qəsd edənlərin dörd nəfərdən biri (24 faiz) yalnız peşəkar səhiyyə mütəxəssislərinin köməkliyi sayəsində sağ qalır.

Dünyada kişilər qadınlara nisbətən dörd dəfə çox intihar edir. 65-85 yaşında olan insanların özünə qəsd etmə faizi isə ildən-ilə 6-9 faiz çoxalır.

ÜST ekspertlərinin hesablamalarına görə, bu qlobal problemin qarşısını almaqla bağlı cəhdlər səmərə verməsə, 2020-ci ildə intiharların sayı indikindən milyon yarım çox ola bilər. Digər bir məlumata görə, Yer kürəsində ümumilikdə özünə qəsd edənlərin sayı müharibə zamanı və digər zorakı yollarla ölənlərdən çoxdur.

Azərbaycanda intihar faktlarının qeydə alınması ilə heç bir dövlət strukturu və qeyri-hökumət təşkilatı məşğul olmur. Ölkəmizdə yalnız rəsmən məlum olan faktlar üzrə prokurorluqlarda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə cinayət işi açılır.

Azərbaycanda ilk dəfə intiharlarla bağlı araşdırma aparmağa cəhd etdik. Onu da xatırladaq ki, bu intihar faktları yalnız hüquq-mühafizə orqanlarının rəsmən açıqladığı, yaxud ölkənin müxtəlif kütləvi informasiya vasitələrində 2008-ci il ərzində çap olunan məlumatlar əsasında toplanılıb.

Rəsmi məlumatlarda ötən il ölkədə yüzə qədər intihara cəhd faktının qeydə alındığını da nəzərə alsaq, demək olar ki, Azərbaycanda insanların özünə qəsd etməsi həqiqətən ciddi problemə çevrilib. 

- 2008-ci ildə rəsmi mənbələrin yaydığı məlumatlara görə, 164 kişi, 57 qadın intihar edib.

- İntihar edənlərin 22 nəfəri yaşı 60-dan yuxarı olan insanlardır. Onların 13 nəfəri kişi, qalanları qadın olub.

- Yaşı 36-dan 61-ə qədər olan insanların 89 nəfəri intihar edib. Həyatına qəsd edənlərin 69 nəfəri kişi, 27-sı qadındır.

- Yaşı 18-dən 35-ə qədər olan insanların intiharı ilə bağlı 68 fakt rəsmən açıqlanıb. Onlardan 45-si kişi, 23 nəfəri qadındır. Ən dəhşətlisi budur ki, bu yaş qrupunda həyatına qəsd edənlərin 58 nəfərinin yaş həddi 18-dən 30-a qədər olub. Bu isə Azərbaycanda intihar edənlərin daha çoxunun cavan adamlar olması deməkdir.

- Ötən il 20 nəfər uşaq və yeniyetmə özünə qəsd etməklə dünyasını dəyişib. Onların 10-u oğlan, qalanı isə qızlar olub.

- 2008-ci ildə intihar edənlərin 120-yə qədəri özünü müxtəlif vasitələrlə və müxtəlif yerlərdə asıblar. Onların bəzilərini həmin anda ailə üzvləri, yaxınları xilas edib, xəstəxanaya çatdırsalar da, həkimlərin səylərinə baxmayaraq dünyalarını dəyişiblər.

- Ötən il borcunu qaytara bilməməsinə, istədiyi qızla evlənməsinə valideynlərinin razılıq verməməsinə görə həyatına qəsdetmə faktları qeydə alınsa da, bu, kütləvi xarakter daşımayıb.

- 2008-ci ildə Bakıda və müxtəlif bölgələrdə intihar edənlərin 12 nəfəri xarici ölkə vətəndaşları olub. Əcnəbilər arasında milliyyətcə rus olanlar çoxluq təşkil edir. Bir nəfər Türkmənistan vətəndaşı, bir nəfər britaniyalı, bir nəfər tatar, 2 nəfər milliyyətcə gürcü olan şəxslər həyatlarına qəsd ediblər.

- 20-dən çox adamın ruhi xəstəlikdən əziyyət çəkdiyi səbəbindən intihar etdiyi açıqlanıb. Digər ağır və müalicəsi artıq mümkün olmayan xəstəliklərə yoluxduqlarına görə özünə qəsd faktları da qeydə alınıb.

- Ötən il ailə münaqişələri zəminində baş verən intihar faktları da baş verib. Məsələn, bir kişi əvvəlcə arvadı ilə mübahisədən sonra onu bıçaqlayıb, onun öldüyünü zənn edəndən sonra isə özünü ağacdan asıb. Arvadın həyatını həkimlər xilas ediblər, kişi isə dünyasını dəyişib. Uşağına hirslənib, sərxoş halda olub özünə qəsd etmə halları da qeydə alınıb. Bir neçə intihar hadisəsi övladlarını itirən və buna dözməyən valideynlər tərəfindən baş verib. Ailəsini dolandıra bilməməsi səbəbindən intihar edənlər də (bu cür intiharları adətən kişilər ediblər) olub.   

- 45 nəfər intihar zamanı müxtəlif vasitələrdən istifadə edib. Onların 16 nəfəri özünü yaşadıqları, yaxud başqa ərazilərdəki binaların müxtəlif mərtəbələrindən atıb. 8 nəfər özünə müxtəlif növ odlu silahdan atəş açmaqla, xəncər, ülgüc və bıçaqla bədənlərinin müxtəlif yerlərinə ağır xəsarətlər yetirməklə intihar edib. 2008-ci ildə özünə qəsd edənlərin 5 nəfəri üzərinə neft tökərək yandırıb. 5 intihar hadisəsi sirkə turşusundan və kimyəvi maddələrdən istifadə etməklə həyata keçirib. 4 nəfər damarlarını doğramaqla həyatına qəsd edib. 4 nəfər özünü dəmir yolu xəttinin üstünə, qatarların altına atıb. Ötən il baş verən intiharlardan 4-ü insanların özlərini dənizə, elə bu qədəri Kür çayına atması nəticəsində baş verib.

- 2008-ci ildə ömürlük azadlıqdan məhrum olunan üç məhbus özünü asıb.

- Ötən il ən çox intihar hadisəsi Bakıda qeydə alınıb. Bölgələrə gəldikdə, Şimal bölgəsində qeydə alınan öz həyatına qəsdlərin sayı 36 olub. Onların 26 nəfəri kişi, 11-i qadındır. Bu bölgədə ən çox intihar hadisəsi Xaçmaz rayonunda (13 fakt) baş verib. 2008-ci ildə Qusar rayonunda 11, Qubada 7, Dəvəçidə 4, Siyəzəndə isə 2 nəfərin həyatına qəsd etdiyi haqda rəsmi məlumat yayılıb.

- Cənub bölgəsində il ərzində rəsmi qeydə alınan intiharların sayı 20 olub. 12 nəfər Lənkəranda, 5 nəfər Masallıda (onlardan ikisi - 18 və 21 yaşlı Gülşən və Şəms Məhərrəmova bacıları eyni vaxtda özlərini asıblar), Cəlilabad rayonunda isə 3 nəfər müxtəlif vasitələrlə intihar edib. Bu bölgədə həyatına qəsd edənlərin 13-ü kişi, 7-si qadındır.

- Şimal-Qərb bölgəsində 14 özünə qəsd faktının baş verdiyi bildirilib. 7 nəfər Şəki rayonunda, 3 nəfər Qaxda, Zaqatala və Oğuz rayonlarının hərəsində isə 2 nəfər intihar edib. Onların 12-si kişi, 2-si qadın olub.

- 2008-ci ildə Silahlı Qüvvələrdə baş vermiş intiharların sayı 12-ə çatıb. Araşdırmalar nəticəsində məlum olub ki, intiharlara əsasən "dedovşina" hadisələri, nizamnamədənkənar hərəkətlər, rüşvətxorluq, zorakılıq, təhqir olunma, alçaldılma və sair bu kimi hadisələr səbəb olur. Xatırladaq ki, 2007-ci ildə 10, 2006-cı ildə 7, 2005-ci ildə 4, 2004-cü ildə 4, 2003-cü ildə 8 hərbçimiz intihar edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən  var
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Loading Bars
Xəbər lenti
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Bütün xəbərlər