...

ABŞ və Rusiya prezidentlərinin görüşündə Gürcüstan məsələsi müzakirə ediləcək - ABŞ səfiri

Siyasət Materials 3 İyul 2009 20:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 iyul / Trend , müxbir N.Kirsxaliya /

"ABŞ və Rusiya prezidentləri Barak Obama və Dmitri Medvedevin görüşündə məcburi qaydada Gürcüstan məsələsi də müzakirə ediləcək", - ABŞ-ın Gürcüstandakı səfiri Con Tefft jurnalistlərə deyib.

Tefft bu görüşü vacib adlandırıb.

"Bundan başqa, ümid edirəm ki, bu görüşdən sonra silahlanmaya nəzarətlə bağlı danışıqlarda irəliyə doğru addımlar atılacaq", - Tefft bildirib.

O, bir daha ABŞ Administrasiyasının Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti