...

ABŞ Rusiyanın güc metodları ilə dünyanı nizamlamaq cəhdləri ilə razı deyil - Gürcüstanın dövlət naziri

Siyasət Materials 8 İyul 2009 16:32 (UTC +04:00)
ABŞ Rusiyanın güc metodları ilə dünyanı nizamlamaq cəhdləri ilə razı deyil - Gürcüstanın dövlət naziri

Gürcüstan, Tbilisi, 08 iyul / Trend , müxbur N.Kirsxaliya /

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili hesab edir ki, Obama-Medvedev görüşünün əsas yekunu, ABŞ-ın Rusiyanın güc metodları ilə dünyanı nizamlamaq və Avropanın sərhədlərini dəyişmək cəhdləri ilə razı olmamasıdır.

Yakobaşvilinin jurnalistlərə dediyinə görə, bu görüşdən sonra aydın oldu ki, ABŞ Rusiyanın öz istəyinə görə bu və ya digər ölkədə hakimiyyəti dəyişmək, yaxud bu və ya digər ölkənin hər hansı təşkilata, o cümlədən də NATO-ya daxil olub-olmamasına qadağa qoymaq kimi cəhdləri ilə razı deyil.

Nazirin sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü dəstəklənib, hərbi əməliyyatların yolverilməzliyi və bütün münaqişələrin sülh yolu ilə həll olunmasına üstünlük verilməsinin vacibliyi barədə bəyanat verilib.

"Əsas odur ki, Gürcüstanın maraqlarına qarşı heç bir sövdələşmə olmayıb", - nazir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti