...

MDB ölkələrinin başçıları Mərkəzi Cıdır Meydanının 175 illiyini qeyd etmək üçün Moskvaya dəvət olunub

Siyasət Materials 13 İyul 2009 17:29 (UTC +04:00)
MDB ölkələrinin başçıları Mərkəzi Cıdır Meydanının 175 illiyini qeyd etmək üçün Moskvaya dəvət olunub

Qazaxıstan, Astana, 13 iyul / Trend , K.Konırova /

İyulun 18-də Moskvada Mərkəzi Cıdır Meydanının 175 illiyi qeyd olunacaq. Rusiya Prezidenti Cıdır Meydanın 175 illiyinə MDB dövlətlərinin başçılarını da dəvət edib. Bu barədə bazar ertəsi Astanada keçirilən brifinqdə Qazaxıstan XİN-in xüsusi nümayəndəsi Ercan Aşiqbayev bildirib.

"Rusiya Prezidenti Dmitri Medvedev yubileyin qeyd edilməsinə MDB-yə üzv olan dövlətlərin başçılarını dəvət edib", - deyə Aşiqbayev bildirib.

Onun sözlərinə əsasən, qeyri-rəsmi xarekter daşıyan görüş çərçivəsində bir sıra regional və beynəlxalq xarakterli, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti