...

Prezidentliyə keçmiş namizəd Musəvi yeni siyasi cəbhə yaradır

Siyasət Materials 14 İyul 2009 13:13 (UTC +04:00)
Prezidentliyə keçmiş namizəd Musəvi yeni siyasi cəbhə yaradır

Prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin müşaviri Əlirza Hüseyni Behişti çərşənbə axşamı bildirib ki, Musəvi yaxın gələcəkdə siyasi cəbhə (Political Front) yaradacaq. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Behiştinin sözlərinə görə, Musəvi siyasi cəbhə yaratmaq niyyətindədir və yaxın günlərdə bu cəbhənin yaradılması xəbərini açıqlayacaq.

Trend Nesws-un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Rəsmi məlumata əsəsən, son hadisələrdə 1032 nəfər həbs olunub, 20 nəfər həlak olub. Həbs olunanların əksəriyyəti azadlığa buraxılıb.Qeyri-rəsmi məlumatlara əsasən, 150 nəfər həlak olub. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti