İranın Atom Enerji Təşkilatının sədri istefa verib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 İyul 2009 16:26 (UTC +04:00)

İranın Atom Enerji Təşkilatının sədri, İran Prezidentinin müavini Qulamrza Ağazadə istefa verib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Ağazadə öz vəzifəsindən istefa verməsi ilə bağlı xəbəri təsdiqləyib. O bildirib ki, ərizəsi prezident tərəfindən qəbul ounub. Məlumatda Ağazadənin istefavermə səbəbləri göstərilməyib.

Ağazadə 1997-ci ildən 12 il müddətində İranın Atom Enerji Təşkilatının sədri və İran Prezidentinin müavini vəzifəsində işləyib.

Xəbər lenti

Xəbər lenti