...

Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü konstruktiv keçib, RF prezidentinin köməkçisi

Siyasət Materials 18 İyul 2009 18:34 (UTC +04:00)
Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü konstruktiv keçib, RF prezidentinin köməkçisi

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Sej Sarksyanın Moskva görüşü konstruktiv keçib. Bunu RF prezidentinin köməkçisi Sergey Prixodko bildirib, RİA Novostinin məlumat verib.
Şənbə günü səhər liderlər Mərkəzi Moskva ippodromunda RF prezidentinin mükafatı uğurunda keçirilən at yarışında iştirak ediblər, sonra isə ünsiyyətlərini Moskva restoranlarından birində üçtərəfli formatda davam etdiriblər.
"Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu günkü, artıq dördüncü görüşündə Dmitri Medvedyev  Rusiyanın ATƏT-in Mİnsk qrupunun həmsədri kimi hazır olduğunu və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfin qəbul edəcəyi həllin tapılmasına səy gösətərəcəyini təsdiq edib", - Prixodko deyib. Üç ölkənin lideri Dağlıq Qarabğ probleminin nizamlanmasının gələcək yollarını müzakirə ediblər.
"Bir sıra açıq məsələlərin müzakirə olunduğu görüş uzun sürüb və, bizim tərəfin qiymətləndirməsinə görə, çox konstruktiv keçib", - Prixodko bildirib.
"Prezident Əliyev və Sarksyan Dmitri Medvedyevə Ermənistanla Azərbaycan, Bakı, ərbaycanın mövqeyini yaxınlaşdırdığına və Dağlıq Qarabağ münaqiçəsinin nizamlanmasına kömək göstərdiyinə görə minnətdarlıqlarını bildiriblər", - dövlət başçısının köməkçisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti