...

Əhmədinejad hökumətin idarə edilməsində iştirak etmək üçün bütün mütəxəssisləri əməkdaşlığa çağırır

Siyasət Materials 20 İyul 2009 11:22 (UTC +04:00)
Əhmədinejad hökumətin idarə edilməsində iştirak etmək üçün bütün mütəxəssisləri əməkdaşlığa çağırır

İran Prezidenti Mahmud Əhmədinejad "Milli xidmət" layihəsi həyata keçirir. Layihə çərçivəsində İran Prezidenti hökumətin idarə edilməsində mütəxəssislərin gücünün artırılması və idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, yeni hökumətin işinə başlaması ərəfəsində, dövlətin idarəsində koməklik etməkdə maraqlı olan bütün məmurları əməkdaşlığa çağırır. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

İranın Prezidenti Aparatının məlumatında bildirilir ki, "Milli xidmət" layihəsinin birinci mərhələsində ölkənin uğurlu idarə edilməsində hökumətə köməklik göstərmək istəyən bütün mütəxəssislər dəvət olunacaq. İkinci mərhələdə isə Prezident tərəfindən xüsusi komissiya yaradılacaq və təkliflər dəyərləndiriləcək.

Trend Nesws-un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Rəsmi məlumata əsəsən, son hadisələrdə 1032 nəfər həbs olunub, 20 nəfər həlak olub. Həbs olunanların əksəriyyəti azadlığa buraxılıb. Qeyri-rəsmi məlumatlara əsasən, 150 nəfər həlak olub. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti