Azərbaycan, Bakı, 21 iyul / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev "Dini etiqad azdlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmanda Azərbaycanın Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Dini etiqad azadlığı haqqında" qanuna əlavələr və dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Prezidentinə təqdim etsin.
Nazirlər Kabineti özünün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin.
Fərmanla müəyyən edilib ki, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir.
Əlavə və dəyişikliklərə görə, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafliq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər.