...

Azərbaycanın müxalifət partiyasına yeni sədr seçiləcək

Siyasət Materials 30 İyul 2009 11:31 (UTC +04:00)
Azərbaycanın müxalif partiyasının payızda keçiriləcək qurultayında yeni sədr seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyasının payızda keçiriləcək qurultayında yeni sədr seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

"Qurultayı oktyabr ayında keçirmək niyyətindəyik və hazırlıqlara artıq başlamışıq", - cümə axşamı Trend -a Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan bildirib.

Trend -un arayışı: ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyasının da qurucusu və lideridir.

Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub. 1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradıb.

Temixanın sözləırinə görə, sədr yerinə təkcə onun namizədliyi irəli sürülməyəcək. "Düşünürəm ki, məndən başqa ən azı bir nəfər də sədrliyə namizəd olmaq istəyir. Amma həmin namizədin adını indi çəkmək istəmirəm", - partiya funksioneri əlavə edib.

Sədr əvəzi deyib ki, liberalların lideri Lalə Şövkətin qurultayda hansısa başqa bir adamın namizədliyini irəli sürəcəyi gözlənilmir. "Lalə xanım sədrlikdən istefa verəndən sonra partiyanın fəaliyyətinə nəzarət etsə də, kiminsə hər hansı vəzifəyə seçilmək məsələsinə müdaxilə etmir", - Temirxan vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti