...

Azərbaycan Prezidenti Küveyt səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 30 İyul 2009 17:24 (UTC +04:00)
Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Azərbaycan Prezidenti Küveyt səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Küveytin ölkəmizdəki səfiri Fəhd Saad Səid əl-Meyi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Küveyt səfir Səid əl-Mey Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfirliyə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezidentə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti