...

Rusiya Cənubi Osetiya və Abxaziyaya yardım göstərməyə davam edəcək - XİN nümayəndəsi

Siyasət Materials 6 Avqust 2009 16:38 (UTC +04:00)
"Rusiya Cənubi Osetiya və Abxaziya xalqlarına geniş miqyasda sosial-iqtisadi yardımın göstərilməsinə və hər şeydən əvvəl yaşayış səviyyəsinin bərpa edilməsinə, eləcə də hər iki respublikanın müdafiəsinə və sərhədlərinin qorunmasına yardım edəcək", - Nesterenko deyib.
Rusiya Cənubi Osetiya və Abxaziyaya yardım göstərməyə davam edəcək - XİN nümayəndəsi

Rusiya Cənubi Osetiya və Abxaziyaya sosial-iqtisadi yardımın göstərilməsinə və hər iki respublikanın xalqını müdafiə etməyə davam edəcək. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko cümə axşamı Moskvada keçirilən brifinqdə bildirib. Məlumatı RİA Novosti yayıb.

"Rusiya Cənubi Osetiya və Abxaziya xalqlarına geniş miqyasda sosial-iqtisadi yardımın göstərilməsinə və hər şeydən əvvəl yaşayış səviyyəsinin bərpa edilməsinə, eləcə də hər iki respublikanın müdafiəsinə və sərhədlərinin qorunmasına yardım edəcək", - Nesterenko deyib.

Onun sözlərinə görə, rus hərbçilərinin regionda olması hər iki respublikanın təhlükəsizliyini təmin edir və onların müstəqil inkişafına şərait yaradır.

Diplomat gürcü təzyiqlərinin Zaqafqaziya xalqlarına il ərzində heç də az olmayan çətinliklər və problemlər yaşatdığını xatırladıb. "Bütün bunlar isə revanş almaq siyasətinə və Gürcüstan ərazisində hərbi qüvvələrin hərəkətinə əsas verir", - XİN rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti