...

Avropa Şurasının baş katibi Gürcüstan və Osetiyanı təkrar hərbi əməliyyatlarından yayınmağa çağırır

Siyasət Materials 6 Avqust 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir Y.Ostapenko /

Gürcüstan-Osetiya müharibəsinin ildönümü ərəfəsində Avropa Şurasının baş katibi Terri Devis hər iki münaqişə tərəfini yeni fəlakətə səbəb olacaq hərbi əməliyyatlardan yayınmağa çağırıb. Bu barədə Avropa Şurasının rəsmi məlumatında deyilir.

"Həm Gürcüstan, həm də Rusiya Avropa Şurasının üzvləridir, onlar münaqişənin birinci ildönümünü ritorika və gərginliklə qarşılayırlar. Eyni zamanda, nə qədər ki, "yaralar sağalmayıb", Rusiya və Gürcüstan həlak olan insanlar və müharibənin səbəb olduğu dağıntılar barədə düşünməlidir və hərbi əməliyyatların təkrarlanmasının yeni ölümlərə və dağıntılara səbəb olacağını başa düşməlidir", - Devis bildirib.

Tanınmamış Cənubi Osetiyanın Respublikası ərazisində hərbi əməliyyatlar ötən ilin avqustun 8-də başlayıb. Gürcüstan Silahlı Qüvvələri Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olduqdan sonra Rusiya hərbçiləri şəhəri tutur və gürcü qüvvələrini sıxışdıraraq Gürcüstan ərazisinə çəkilməyə məcbur edirlər. Rusiya avqustun 26-da rəsmən Gürcüstanın tərkibinə daxil olan Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və sentyabrın 9-da onlarla diplomatik münasibətlər qurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti