...

Ulyanovskda meydanlarından birinə Heydər Əliyevin adı verilib

Siyasət Materials 27 Avqust 2009 11:25 (UTC +04:00)
Ulyanovskda meydanlarından birinə Heydər Əliyevin adı verilib

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir C.Babayeva /

Bir gün əvvəl Ulyansovskda meydanlarından birinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilib, bu barədə İTAR-TASS yazır.

Azərbaycanın ümummilli liderinin adı 2008-ci ildə abidəsinin qoyulduğu şəhərin Zasviyajsk rayonunda, Fruktovaya və Jiqulevskaya küçələrinin kəsiməsində yerləşən meydana verilib. Abidənin müəllifi məşhur heykəltaraş Sergey Bobrakovdur. O, həmçinin Moskvada Yuri Qaqarinin abidəsinin müəllifidir.

2008-ci ildə Ulyanovskda Azərbaycan tarixi və mədəniyyəti muzeyi açılıb. Muzeydə ayrıca bir stend Heydər Əliyevin və onun ailəsinin, eyni zamanda Azərbaycanın görkəmli xadimlərinin həyat yoluna həsr olunub.

Abidə, Heydər Əliyev adına meydan və muzey Ulyanovsk sakinlərinin Azərbaycan liderinə hörmət əlamətidir. Heydər Əliyev dəfələrlə Ulyanovskda olub. Eyni zamanda, 1983-cü ildə "Aleksandr Suvarov" teploxodunun qəzasının nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri olub. O zaman SSRİ Nazirlər Şurasının sədr müavini və SİKP MK (Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi) Siyasi Bürosunun üzvü kimi Heydər Əliyev faciə ilə bağlı çoxsaylı problemlərin aradan qaldırılması üçün tədbirlər görüb.

Xəbər lenti

Xəbər lenti