Gürcüstan, Tbilisi, 31 avqust / Trend , müxbir N.Kirsxalia /
Gürcüstanın qeyri-parlament müxalifətinin liderlərindən "Gürcüstanı müdafiə et" hərəkatının başçısı Levan Qaçeçiladze əhali arasında daha çox etibar qazanıb. Bunu "Kviris palitra" həftəlik qəzetinin 495 oxucu arasında keçirdiyi sorğu göstərib.
Reytinq üzrə sorğuda Levan Qaçeçiladze 6,23 xal yığıb. "Bizim Gürcüstan - yeni demokratlar"ın lideri İrakli Alasaniya 5,99 xalla ikinci yerdədir. Lakin o, respondentlər tərəfindən göstərilən maksimal xalların sayına görə Qaçeçiladzedən irəlidədir. Maksimal xalların nisbəti 38-in 22%-ə nisbətində Alasaniyanın xeyrinədir.
Sorğuda üçüncü yerdə - milli forumun liderlərindən biri Qubaz Sanikidzedir. Onun göstəricisi 5,68 təşkil edir.
Sonrakı yerlərdə - Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili (5,35), "Yeni qaydalar" partiyasının lideri David Qamkrelidze (4,05), "Gürcüstanın yolu" partiyasının lideri Salome Zurabişvili (3,82), "Vahid Gürcüstan demokratik hərəkatı"nın lideri Nino Burcanadze (3,58) və "Ədalətli Gürcüstan naminə" hərəkatının lideri Zurab Noqaideli (1,29) gəlir.
Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.