...

Aktauda qeyri-formal sammitdə Xəzərin statusu məsələsi müzakirə edilməyəcək

Siyasət Materials 1 Sentyabr 2009 20:47 (UTC +04:00)
Sentyabrın 11-də Aktauda keçirilməli olan dörd dövlət başçısının qeyri-formal sammitində Xəzərin statusu və dənizin dibinin bölünməsi məsələləri müzakirə edilməyəcək.
Aktauda qeyri-formal sammitdə Xəzərin statusu məsələsi müzakirə edilməyəcək

Qazaxıstan, Astana, 01 sentyabr / Trend , müxbir K.Konırova /

Sentyabrın 11-də Aktauda keçirilməli olan dörd dövlət başçısının qeyri-formal sammitində Xəzərin statusu və dənizin dibinin bölünməsi məsələləri müzakirə edilməyəcək. Bu barədə çərşənbə axşamı Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Yerjan Aşikbayev deyib.

"Xəzərin statusu məsələsi Aktaudakı görüşdə müzakirə edilməyəcək. Onun nəzərdən keçirilməsi yalnız Xəzəryanı dövlətlərin beşinin də iştirakı ilə beştərəfli əsasda ola bilər", - Aşikabyev jurnalistlərin müvafiq sualının cavabında deyib. Onun sözlərinə görə, dörd dövlət rəhbərinin görüşü qeyri-formal sammit xarakteri daşıyacaq, buna görə də nəzərdən keçirilən məsələlərin dairəsi kifayət qədər genişdir.

"Konkret gündəlik nəzərdə tutulmur", - o qeyd edib.

Aşikbayevin sözlərinə görə, Aktaudakı görüş zamanı Nursultan Nazarbayevin Bakıya qarşıdakı səfəri, İrana dəmiryolunun inşası, Çin istiqamətində qaz kəmərinin inşası və s. kimi ən mühüm strateji layihələrin realizəsi məsələləri müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti