İran İslam Respublikası tarixində ilk dəfə qadın nazir seçilib

Siyasət Materials 3 Sentyabr 2009 13:59 (UTC +04:00)

İran İslam Respublikası tarixində ilk dəfə olaraq yeni Nazirlər Kabinetinə qadının namizdəliyi təsdiq olunub. Mərziyə Vahid Dyastcerdi səhiyyə naziri seçilib. Onun lehinə 185 parlament üzvü səs verib.

Parlament tərəfindən yeni Nazirlər Kabinetinin müzakirəsi ötən bazar günü başlayıb. Bugünkü iclasda 286 parlamentari iştirak edib. İlk dəfə olaraq hər bir namizəd üzrə ayrıca qutu olmaqla 21 seçki qutusu hazırlanıb. Nazirlər Kabinetinin tərkibində 21 nazir (sənaye, mədəniyyət, xarici işlər naziri, elm, şəhərsalma və mənzil, neft, energetika, əmək, prokurorluq, müdafiə, nəqliyyat, sosial müdafiə, təhsil, rabitə, təhlükəsizlik, iqtisadiyyat, daxili işlər, ticarət, səhiyyə, kənd təsərrüfatı, kooperativ ) yer almalıdır.

Xəbər lenti

Xəbər lenti