Azərbaycan və Türkmənistan prezidentləri ikitərəfli münasibətləri nəzərdən keçiriblər

Siyasət Materials 4 Sentyabr 2009 11:17 (UTC +04:00)
Azərbaycan və Türkmənistan prezidentləri ikitərəfli münasibətləri nəzərdən keçiriblər

Cümə axşamı telefon söhbəti zamanı Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib, bu barədə məlumatı Azərbaycan Dövlət İnformasiya Agentliyi AzərTac yayıb.

İlham Əliyev də öz növbəsində minnətdarlığını bildirib, eyni zamanda Qurbanqulı Berdımuhəmmədovu və bütün türkmən xalqını təbrik edib

İki dövlət başçısı ikitərəfli münasibətləri, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri nəzərdən keçiriblər.

Prezidentlər ölkələr arasında münasibətlərin gələcəkdə də möhkəmlənməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti