...

Azərbaycanda seçkilərdə problem yaradan vətəndaşların yaşayış üzrə qeydiyyatı ilə bağlı məsələ həllini tapmalıdır - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 7 Sentyabr 2009 11:25 (UTC +04:00)
“Azərbaycanda bütün seçkilərlə bağlı ümumi problem - vətəndaşların yaşayış üzrə qeydiyyatı ilə bağlıdır. Seçici siyahısına daxil olmaq üçün vətəndaş bu və ya digər ərazidə ən azı altı ay yaşamalıdır. 4 milyon yarım seçicisi olan Azərbaycanda bir vətəndaşın daimi və ya qeyri-daimi yaşamaq mexanizmini yaratmaq qeyri-mümkündür”, Trend News-un məlumatına görə, bunu bazar ertəsi Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev deyib.
Azərbaycanda seçkilərdə problem yaradan vətəndaşların yaşayış üzrə qeydiyyatı ilə bağlı məsələ həllini tapmalıdır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri heab edir ki, bütün seçkilərin ümumi problemi olan vətəndaşların yaşayış üzrə qeydiyyatı ilə bağlı problem həllini tapmalıdır.

"Azərbaycanda bütün seçkilərlə bağlı ümumi problem - vətəndaşların yaşayış üzrə qeydiyyatı ilə bağlıdır. Seçici siyahısına daxil olmaq üçün vətəndaş bu və ya digər ərazidə ən azı altı ay yaşamalıdır. 4 milyon yarım seçicisi olan Azərbaycanda bir vətəndaşın daimi və ya qeyri-daimi yaşamaq mexanizmini yaratmaq qeyri-mümkündür", Trend -un məlumatına görə, bunu bazar ertəsi Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev deyib.

Əliyevin sözlərinə görə, şəxsiyyət vəsiqəsində vətəndaşın yalnız bir yaşayış ünvanı yazıla bilər. "Amma bu o demək deyil ki, həmin vətəndaş məhz o ünvanda yaşayır. Bu problem həll olunmalıdır. Həll yollarından biri kimi gələcəkdə şəxsiyyət vəsiqələri dəyişdirilərkən onlarda elektron çiplər yerləşdirilməsi ola bilər. Həmin çiplərdə müvafiq məlumatlar yerləşdirilə bilər", - şöbə müdiri bildirib.

Şöbə müdiri bildirib ki, bələdiyyə seçkisi dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. "Prezident, parlament seçkiləri və referndumla müqayisədə bələdiyyə seçkisi ən mürəkkəb və məsuliyyətli seçkilərdir. Bələdiyyələr bütün dünyada dövlət idarəçiliyi məktəbi kimi qəbul olunur. Hər bir siyasətçi siyasi fəaliyyətini bələdiyyələrdən başlayır. Arzu edirəm ki, vətəndaşlar bələdiyyə seçkisinə bu nöqteyi-nəzərdən yanaşsınlar", - Əliyev deyib.

Əliyevin fikrincə, bələdiyyə seçkisinin mürəkkəbliklərindən biri namizədlərin sayının kifayət qədər çox olmasıdır. "Bu mürəkkəblikdən irəli gələn çətinliklərdən biri şikayətlərin sayının çox olmasıdır. Bələdiyyə seçkisi zamanı şikayətlərin sayını digər seçkilər zamanı olan şikayətlərin sayı ilə müqayisə etmək çətindir. Seçki zamanı dairə seçki komissiyalarında şikayətlərə baxılması prosesinin təkmilləşdirilməsi ilə bağlı hər hansı bir təkliflər olarsa, bizə müraciət oluna bilər", - şöbə müdiri bildirib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti