...

Birləşmiş Ştatlar Gürcüstanın NATO ilə yaxınlaşmasını bundan sonra da dəstəkləyəcək - ABŞ müdafiə nazirinin müavini

Siyasət Materials 16 Sentyabr 2009 18:11 (UTC +04:00)
ABŞ Gürcüstanın NATO ilə yaxınlaşmasını bundan sonra da dəstəkləyəcək. Bu barədə Baş nazirin müavini Georgi Baramidze ilə görüşdə ABŞ-ın müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini Aleksandr Verşbou bildirib.
Birləşmiş Ştatlar Gürcüstanın NATO ilə yaxınlaşmasını bundan sonra da dəstəkləyəcək - ABŞ müdafiə nazirinin müavini

Gürcüstan, Tbilisi, 16 avqust / Trend , müxbir N.Kirsxaliya /

ABŞ Gürcüstanın NATO ilə yaxınlaşmasını bundan sonra da dəstəkləyəcək. Bu barədə Baş nazirin müavini Georgi Baramidze ilə görüşdə ABŞ-ın müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini Aleksandr Verşbou bildirib.

Verşbou qeyd edib ki, Gürcüstanın NATO-ya üzv olmaq üçün öz yolu mövcuddur və bu yolda Tbilisi mövcud olan alətlərdən səmərəli istifadə etməlidir.

Gürcüstanın Baş naziri müavininin aparatından bildirildiyi kimi, görüşdə Gürcüstandakı cari siyasi məsələlər, beynəlxalq cəmiyyət tərəfindən Gürcüstan-Rusiya münaqişəsinin nizamlanması prosesinə dəstək, Gürcüstanın NATO-ya inteqrasiyası prosesi və Gürcüstan-ABŞ əməkdaşlığı məsələləri müzakirə edilib.

ABŞ-ın müdafiə nazirinin müavini qeyd edib ki, ABŞ Gürcüstana müdafiə sahəsində yardım etməyi davam etdirəcək və "Silahlı Qüvvələrin" müasirləşdirilməsinə fəal şəkildə kömək edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti