...

Azərbaycanda hökumət və siyasi partiyalar arasında dialoq mümkündür

Siyasət Materials 18 Sentyabr 2009 12:43 (UTC +04:00)
Azərbaycanda hökumət və siyasi partiyalar arasında dialoqun aparılması mümkündür, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Azərbaycanda hökumət və siyasi partiyalar arasında dialoq mümkündür

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanda hökumət və siyasi partiyalar arasında dialoqun aparılması mümkündür, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Vacib məsələlər müzakirə obyekti ola bilər. Lakin hazırda gündəlikdə bu kimi məsələlər yer alımır", - Aslanov bildirib.

Trend -un arayışı: 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Ötən il oktyabrın 15-də keçirilmiş prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.

YAP ümummilli məsələlərin həlli ilə bağlı müxalifətlə dialoqa hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti