Yəhudilər Azərbaycanda həmişə sülh şəraitində yaşayıblar

Siyasət Materials 25 Sentyabr 2009 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend New, müxbir Ü.Sadıxova /

Yəhudilər Azərbaycanda həmişə müxtəlif xalqların və dini etiqad nümayəndələri ilə sülh şəraitində yaşayıblar, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın yəhudi icması ilə görüşdə bildirib, XİN-nin press relizində deyilir.

Xarici işlər naziri BMT Baş Assambelyasının 64-cü sessiyası çərçivəsində Nyu-Yorkda səfərdədir.

"Azərbaycanın dini və milli icmalarının tolerantlıq modeli ölkənin milli sərvətidir", - Məmmədyarov bildirib.

Yəhudi icması Azərbaycanda tolerantlıq səviyyəsini və İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfərinin uğurlu keçməsini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin yəhudiləri onların yeni il bayramı - Roş xa-Şan münasibəti ilə təbrik etməsini müsbət qiymətləndirib.

Azərbaycanın xarici işlər naziri bildirib ki, Prezident Peresin səfəri İsrail ilə münasibətlərin intensiv inkişafına təkan verib.

Görüşdə həmçinin regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın regional və qlobal proseslərə baxışı müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti