...

Azərbaycanın bir qrup müxalifət partiyasının Seçki Məcəlləsinə təklifləri komitədə müzakirə olunacaq - Parlament Aparatının rəhbəri

Siyasət Materials 28 Sentyabr 2009 12:29 (UTC +04:00)
Azərbaycanın bir qrup müxalifət partiyasının təmsil olunduğu hərəkatın Seçki Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər parlamentin komitəsində müzakirə olunacaq.
Azərbaycanın bir qrup müxalifət partiyasının Seçki Məcəlləsinə təklifləri komitədə müzakirə olunacaq - Parlament Aparatının rəhbəri

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın bir qrup müxalifət partiyasının təmsil olunduğu hərəkatın Seçki Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər Parlamentin komitəsində müzakirə olunacaq.

"Parlamentin daxili Nizamnaməsinə görə, bu layihə Dövlət quruculuğu və hüquq siyasəti komitəsində müzakirəyə çıxarılsa da, düşünürəm ki, Seçki Məcəlləsinə indiki halda heç bir əlavə və dəyişikliyə ehtiyac yoxdur", - bazar ertəsi Trend -a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan partiyalar bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinə 200-ə qədər əlavə və dəyişiklik edilməsi ilə bağlı təkliflərini Milli Məclis Aparatına təqdim edib.

Azərbaycanda bələdiyyə seçkisinin 2009-cu il dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1720-ə qədər enib.

Mirzəyevin sözlərinə görə, müxalifətin bələdiyyə seçkilərində blok kimi iştirak etməsi üçün qanunvericiliyə hər hansı düzəlişin edilməsi də mümkün deyil.

"Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər azad, demokratik və şəffaf seçki keçirilməsinə imkan verir", - Aparat rəhbəri əlavə edib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti