...

Avropa İttifaqı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir - xüsusi nümayəndə Piter Semnebi

Siyasət Materials 29 Sentyabr 2009 20:03 (UTC +04:00)
Avropa İttifaqı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Bu barədə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.
Avropa İttifaqı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir - xüsusi nümayəndə Piter Semnebi

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir Y.Ostapenko/

Avropa İttifaqı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Bu barədə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

"Avropa İttifaqının mövqeyi regionlarda sərhədlərin açılmasıdır və biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyirik", - Bakıda olan Semnebi hava limanında jurnalistlərə deyib.

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çərşənbə axşamı birgünlük səfərlə Bakıda olub. Trend -a Aİ-nin Bakıdakı ofisindən verilən məlumata görə, Semnebi Azərbaycanın hökumət nümayəndələri ilə məsləhətləşmələr aparacaq.

Ankara və Yerevanın Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı qarşlıqlı əlaqələrinin normallaşmasına toxunan Semnebi deyib ki, Aİ bu iki proses arasında hansı qarşlıqlı əlaqənin mümkün olması barədəmöhtəkirlik etmək istəmir.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin nəticəsində işlənib qurtaracaq", - Semnebi deyib.

Ermənistan ilə İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə Protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub. Bu barədə Türkiyə XİN məlumat verib.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə razılığın oktyabrın 10-da imzalanması planlaşdırılır. Protokol təsdiq edilməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti