...

Azərbaycanda hər hansı qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir - baş prokuror

Siyasət Materials 1 Oktyabr 2009 12:06 (UTC +04:00)
Azərbaycanda hər hansı qanuna, o cümlədən "Prokurorluq haqqında" qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir. Trend News-un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov cümə axşamı jurnalistlərə müsahibəsində məlumat verib.
Azərbaycanda hər hansı qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir - baş prokuror

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda hər hansı qanuna, o cümlədən "Prokurorluq haqqında" qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir. Trend -un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov cümə axşamı jurnalistlərə müsahibəsində məlumat verib.

""Prokurorluq haqqında" qanun 1999-cu ilin dekabrında qəbul edilib. Bu dövr ərzində prokurorluğun nəzdində yeni-yeni qurumlar yaradılıb, struktur dəyişikliklər həyata keçirilib", - deyə Qaralov vurğulayıb.

Trend -un arayışı: Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə "Prokurorluq haqqında" qanuna əlavə və dəyişikliklər layihəsində baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının baş prokuroru və hərbi prokurorunun təyinatı ilə bağlı qadağanın aradan götürülməsi ilə bağlı müddəa var.

"Prokurorluq haqqında" qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır. Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib. Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur. Baş prokuror səlahiyyət müddətinin gələn il aprelin 26-da başa çatacağını deyib.

"Bundan sonra kim baş prokuror olacaq, bunu prezident müəyyən edəcək", - Qaralov bildirib.

Baş prokuror "Prokurorluq haqqında" qanuna 22-dən artıq dəyişikliyin nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bu dəyişikliklər prokurorluq sisteminin təkmilləşdirilməsinə yönəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti