...

Litva DİN rəhbəri Gürcüstanda səfərdədir

Siyasət Materials 2 Oktyabr 2009 12:55 (UTC +04:00)
1-3 oktyabr tarixləri arasında Litvanın xarici işlər naziri Viqaudas Uşaçkas Gürcüstana rəsmi səfər edəcək və öz gürcü həmkarı Qriqol Vaşadze ilə görüşəcək.
Litva DİN rəhbəri Gürcüstanda səfərdədir

Gürcüstan, Tbilisi, 02 oktyabr / Trend , müxbir N.Kirçxaliya/

1-3 oktyabr tarixləri arasında Litvanın Xarici işlər naziri Viqaudas Uşaçkas Gürcüsatan rəsmi səfər edəcək. Gürcüstan DİN-dən verilən məlumata əsasən, səfər çərçivəsində əvvəlcə o, öz gürcü həmkarı Qriqol Vaşadze ilə görüşəcək. Daha sonra isə hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri birgə mətbut konfransı keçirəcəklər.

Viqaudas Uşaçkasın Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin rəhbəri David Bakradze, Tiflisin meri Qiqi Uqulava, müxalifət liderləri, həmçinin Gürcüstanda işləyən litvalı sərmayədarlar və Avropa İttifaqının müşahidəçisi Hansyorq Haber ilə görüşü də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti