...

Azərbaycan Oranc dairəsində (ABŞ) təqdim edilib

Siyasət Materials 7 Oktyabr 2009 16:14 (UTC +04:00)
Santa Ana şəhərində Dairə Şurası rəhbərlərinin (County Board of Supervisors) iclasında şura sədri Patrisiya Beyts Azərbaycan diplomatlarına rəsmi təbrik bəyannaməsini təqdim edib.
Azərbaycan Oranc dairəsində (ABŞ) təqdim edilib

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan ABŞ-ın Kaliforniya ştatının Oranc dairəsində təqdim edilib.

Santa Ana şəhərində Dairə Şurası rəhbərlərinin (County Board of Supervisors) iclasında şura sədri Patrisiya Beyts Azərbaycan diplomatlarına rəsmi təbrik bəyannaməsini təqdim edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Azərbaycan və ABŞ arasındakı ikitərəfli əməkdaşılğın müsbət dinamikası barədə danışıb. Dairə rəhbərliyi adından Azərbaycanın şərəfinə rəsmi qəbul keçirilib.

Səfər ərəfəsində baş konsul Elin Süleymanov və konsul Elman Adbdullayev həmçinin dairə şerifi Sandra Hatçenslə də görüşüb və İrvayn şəhərində Kaliforniya Universitetinin müəllim və tələbələri ilə seminar keçiriblər.

Seminarda Azərbaycan-ABŞ tərəfdaşlıq məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər regionunun rolu və vətəndaş cəmiyyətinin inkişaf dinamikası məsələləri müzakirə edilib.

Yaxın zamanlarda Kaliforniyanın San-Dieqo şəhərinin universitetlərində baş konsulluq nümayəndələrinin çıxışı planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti