...

Rəsmi Bakı Azərbaycan bayraqlarına hörmətsizlik edildiyi üçün Türkiyəyə etirazını bildirib

Siyasət Materials 15 Oktyabr 2009 18:31 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən cümə axşamı Trend News-a bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri XİN-ə dəvət edib.
Rəsmi Bakı Azərbaycan bayraqlarına hörmətsizlik edildiyi üçün Türkiyəyə etirazını bildirib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Türkiyəyə rəsmi etirazını bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən cümə axşamı Trend -a bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri XİN-ə dəvət edib.

Görüş zamanı cari ilin oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilmiş Türkiyə-Ermənistan oyunu əsnasında Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti