...

Azərbaycan Parlamentinin deputatları dövlət bayrağını Türkiyədə təhqir edənlərin cəzalandırılmasını istəyirlər

Siyasət Materials 16 Oktyabr 2009 14:49 (UTC +04:00)
"Azərbaycan bayrağının Türkiyə-Ermənistan matçında təhqir edilməsi məsələsi ilə bağlı narahatlığımızı Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının rəhbərlərinə çatdırmışıq. Azərbaycan tərəfi Türkiyədən bu hadisənin araşdırılmasını və günahkarların tapılıb cəzalandırmasını istəyib".
Azərbaycan Parlamentinin deputatları dövlət bayrağını Türkiyədə təhqir edənlərin cəzalandırılmasını istəyirlər

Türkiyə, Ankara, 16 oktyabr / Trend , müxbir Y.Əliyev/

Azərbaycan Parlamentinin deputatları Azərbaycan bayrağını Türkiyədə təhqir edənlərin cəzalandırılmasını istəyirlər.

"Azərbaycan bayrağının Türkiyə-Ermənistan matçında təhqir edilməsi məsələsi ilə bağlı narahatlığımızı Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının rəhbərlərinə çatdırmışıq. Azərbaycan tərəfi Türkiyədən bu hadisənin araşdırılmasını və günahkarların tapılıb cəzalandırmasını  istəyib. Azərbaycan tərəfi Türkiyədən bu məsələ ilə bağlı cavab gəzləyir", - Trend -un məlumatına görə, bu barədə cümə günü Ankarada səfərlərinin yekunlarına dair keçirdikləri mətbuat konfransında Azərbaycan Parıamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidov bildirib.

Oktybarın 14-də Türkiyənin Bursa şəhərində Türkiyə-Ermənistan oyunu zamanı Azərbaycanın dövlət bayrağı azarkeşlərdən alınıb. Hadisə ilə bağlı oktyabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin ölkəmizdəki səfirliyinə etiraz təqdim edib.

Seyidov deyib ki, Azərbaycanda Türkiyənin bayrağına böyük hörmət edilir və qarşı tərəfdən də bu hörmət tələb olunur.

"Azərbaycan vəTürkiyə arasında əlaqələrə xələl gətirmək istəyən bəzi qüvvələr var. Bayrağın təhqir olunması da məhz bu qüvvələrin məkirli planlarına xidmət edir", - Seyidov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti