...

Serj Sarkisyan ABŞ dövlət katibi müavininin köməkçisi ilə Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib

Siyasət Materials 20 Oktyabr 2009 18:06 (UTC +04:00)
Ermənistan Prezidenti Serk Sarkisyan bu gün Yerevanda ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanovu qəbul edib.
Serj Sarkisyan ABŞ dövlət katibi müavininin köməkçisi ilə Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib

Ermənistan Prezidenti Serk Sarkisyan bu gün Yerevanda ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanovu qəbul edib.

Dövlət başçısının mətbuat xidmətindən Mediamaks-a verilən məlumata görə, görüş zamanı Ermənistan-ABŞ ikitərəfli əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması prosesi və regional təhlükəsizlik məsələləri gözdən keçirilib.

Sarkisyan deyib ki, ölkəsi ABŞ-Ermənistan əlaqələrinə böyük əhəmiyyət verir və müstəqillik qazandığı andan etibarən respublikaya göstərdiyi dəstəyə, həmçinin regionda sülh və stabilliyin bərpası istiqamətindəki səylərinə görə ABŞ hökumətinə minnətdardır.

Həmsöhbətlər Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşması prosesində irəliləyişlərin əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, əlaqələr ilkin şərtlər olmadan qurulmalıdır. Kaydanov deyib ki, ABŞ dəfələrlə müxtəlif səviyyələrdə bu mövqeyi ifadə edib.

Serj Sarkisyan deyib ki, Ermənistan mövcud problemlərin stabil inkişafı və sülhə yardım edən həlli mövqeyindən çıxış edir.

Xəbər lenti

Xəbər lenti