...

Türkiyənin Milli Təhlükəsizlik Şurasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub

Siyasət Materials 21 Oktyabr 2009 12:12 (UTC +04:00)
Cənubi Qafqazdaki vəziyyət Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında əsas mövzulardan biri olub, çərşənbə axşamı iclasın sonunda verilən məlumatda deyilir, Anadolu xəbər agentliyi xəbər verir.
Türkiyənin Milli Təhlükəsizlik Şurasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir A.Axundov/

Cənubi Qafqazdaki vəziyyət Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında əsas mövzulardan biri olub, çərşənbə axşamı iclasın sonunda verilən məlumatda deyilir, Anadolu xəbər agentliyi xəbər verir.

"Cənubi Qafqazdaki vəziyyətin inkişafı iclasın gündəliyində duran məsələ idi. Oktyabrın 10-da imzalanmış Türkiyə-Ermənistan protokollarını nəzərə alaraq Cənubi Qafqazdakı münaqişələr, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olundu. Türkiyə regionda stabilliyin, sülhün, əməkdaşlığın bərpası üçün öz səylərini davam etdirir", - bəyanatda deyilir.

Ölkə Prezidenti Abdullah Gülün sədrlik etdiyi iclas 7 saat 40 dəqiqə davam edib.

Bəyanata əsasən, terrorizmin məhvi üçün Şimali İraqda mübarizə davam edəcək.

Həmçinin Əfqanıstandakı vəziyyət də müzakirə olunub.

"Türkiyə Əfqanıstanda sülh və stabillik yaratmaq səylərini davam etdirəcək", - sənəddə deyilir.

Xəbər lenti

Xəbər lenti