...

Azərbaycan Prezidenti Niderland və İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət Materials 23 Oktyabr 2009 20:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoornun və İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mario Corco Stefano Baldinin etimadnamələrini qəbul edib.
Azərbaycan Prezidenti Niderland və İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoornun və İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mario Corco Stefano Baldinin etimadnamələrini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Praqada Şərq Tərəfdaşlığı sammitində Niderland Krallığının Baş naziri ilə uğurlu görüşünü xatırlayan dövlətimizin başçısı görüşün ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.

Qarşısına ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi vəzifəsinin qoyulduğunu bildirən Jan Lukas İnayat van Hoorn diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı əlaqələrimizin müxtəlif sahələri əhatə etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə yaxşı qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu deyib. İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün yaxşı potensialın mövcudluğunu qeyd edib.

Səfir Mario Corco Stefano Baldi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycanın və İtaliyanın işgüzar dairələri arasında yaxşı əməkdaşlığın mövcudluğunu bildirən səfir siyasi sahədə əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti