...

Azərbaycanın hakim partiyasının 2800 üzvü imza vərəqələrini təhvil verib

Siyasət Materials 26 Oktyabr 2009 16:34 (UTC +04:00)
"Bələdiyyələrə namizədliyini irəli sürən partiyanın 2800 nəfər üzvü imza vərəqələrini dolduraraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər", - Trend News-un məlumatına görə, bu barədə bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının saytındakı məlumatda deyilir.
Azərbaycanın hakim partiyasının 2800 üzvü imza vərəqələrini təhvil verib

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının 2800 üzvü imza vərəqələrini təhvil verib.

"Bələdiyyələrə namizədliyini irəli sürən partiyanın 2800 nəfər üzvü imza vərəqələrini dolduraraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər", - Trend -un məlumatına görə, bu barədə bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytındakı məlumatda deyilir.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Partiyanın namizədliyini irəli sürən 16 minə yaxın üzvünün hər biri qanunvericiliklə tələb olunan müvafiq sənədləri dairə seçki komissiyalarına təqdim edib və namizədliklərinin müdafiəsi ücün imza vərəqələri götürüblər.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti