...

Gürcüstan vətəndaşlığının alınması proseduru sadələşdirilib

Siyasət Materials 30 Oktyabr 2009 20:37 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Vətəndaşlıq Reyestri Agentliyi Gürcüstan vətəndaşlığının alınması haqqında ərizələrin qəbulu üçün onlayn-sistem tətbiq edib. Bu barədə bugünkü mətbuat konfransında agentliyin sədri Georgi Vaşadze məlumat verib.
Gürcüstan vətəndaşlığının alınması proseduru sadələşdirilib

Gürcüstan, Tbilisi, 30 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Ədliyyə Nazirliyinin Vətəndaşlıq Reyestri Agentliyi Gürcüstan vətəndaşlığının alınması haqqında ərizələrin qəbulu üçün onlayn-sistem tətbiq edib. Bu barədə bugünkü mətbuat konfransında agentliyin sədri Georgi Vaşadze məlumat verib.

Bu yenilik sayəsində Gürcüstan vətəndaşlığını almaq istəyən əcnəbi vətəndaşlar İnternet vasitəsilə onlayn-applikasiyanı doldura, lazımı sənədləri skanlaşdıra, ərizəyə elektron formada bənd edib özlərini siyahıya ala bilərlər. Bununla bərabər həmin şəxs doldurulmuş ərizəni çap etməli və qol çəkilən variantı lazımi sənədləşmə ilə birgə poçt vasitəsilə Vətəndaşlıq Reyestri Agentliyinə göndərə bilər.

Vaşadzenin sözlərinə görə, bu yenilik Gürcüstan vətəndaşlığını almaq istəyən xaricdə yaşayan şəxslər üçün xüsusilə vacibdir, belə ki, bununla onlar üçün özünün xüsusi etibarnaməsini başqa şəxsə göndərmək zəruriliyi aradan qalxır.

Xidmətin dəyəri 200 laridir. Yaxın zamanlarda bu məbləğin ödənilməsi plastik kartdan istifadə ilə İnternet vasitəsilə mümkün olacaq.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti